Nadir Qafarzadə “Qarabağ” dedi
06 mart 2014 12:50 (UTC +04:00)

Nadir Qafarzadə “Qarabağ” dedi

Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadədən xəbər var. Lent.az-ın məlumatına görə, Nadir musiqisi Rauf Məmmədova  məxsus “Qarabağ” adlı mahnı ifa edib. N.Qafarzadə mahnı barədə təəssüratlarını bölüşüb: “Nəhayət, xeyli müddətdir ki, gözlədiyim “Qarabağ” mahnım hazırdı. Bu günə qədər vətənpərvər mövzuda bir çox mahnılar ifa etmişəm. Amma bu, Qarabağa həsr etdiyim ilk mahnıdır, düşünürəm ki, dinləyicilər bəyənəcəklər”.

 

Qeyd edək ki, mahnı bu gündən “Youtube” da yerləşdirilib.

# 1202
avatar

Yalçın UĞUR

Oxşar yazılar