Rəqsanə türkiyəli sənətçi ilə nədən danışdı?
06 mart 2014 12:25 (UTC +04:00)

Rəqsanə türkiyəli sənətçi ilə nədən danışdı?

Yaradıcılıq işlərinin bir qismini Türkiyədə edən müğənni Rəqsanə İsmayılova Türkiyənin tanınmış sənətçisi Səlami Şahinlə görüşüb. Lent.az-ın məlumatına görə, müğənni türkiyəli sənətçi ilə işbirliyindən danışıb: “Dəyərli insan Səlami Şahinlə görüşdüm. Səhər yeməyi yedik. Çox gözəl və sadə insandır. Azərbaycanı sevən biridir. Çox gözəl söhbətimiz oldu. Allahıma çox şükür edirəm, istədiyim hər şeyi gec də olsa mənə verir. Artıq Səlami bəylə çox gözəl bir mahnı yazdırmağı düşünürük. Xeyirli uğurlu olar inşallah”.

# 1274
avatar

Yalçın UĞUR

Oxşar yazılar