Bakıda “Azərsu” üçün nəhəng ofis binası tikilir
04 mart 2014 18:57 (UTC +04:00)

Bakıda “Azərsu” üçün nəhəng ofis binası tikilir

Bakıda “Azərsu” ASC üçün yeni ofis binasının tikintisi davam etdirilir. Lent.az-ın məlumatına görə, ofis binası Heydər Əliyev prospektində, Dövlət Neft Şirkətinin tikilməkdə olan yeni inzibati binasının yaxınlığında yerləşir. Tikintiyə keçən il başlanılıb və 2015-ci ildə binanın açılışı planlaşdırılır.

 

 

Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36326 kvadrat metr nəzərdə tutulub.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, proyekti Almaniyanın tanınmış şirkətlərindən olan “Heerim” idarə edir və tenderdə qalib gəlmiş Koreyanın “Halla” şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon dollardır.

# 7389
avatar

Nizam Rza

Oxşar yazılar