Yuxuda kartof görmək adətən məhsuldarlıq, bolluq və təhlükəsizlik kimi müsbət mənalar daşıyır. Kartof yerin altında bitən və səthə çıxan bir bitki olduğundan, yuxuda kartof görmək çox vaxt şəxsi böyümə, çevrilmə və yenidən doğulma ilə əlaqələndirilir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də kartofdur.
Bəs, yuxuda kartof görmək hansı mənaya gəlir?
Lent.az yuxuda kartof görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda kartof görmək nədir?
Yuxuda kartof görmək müsbət yozulan yuxulardan biridir. Yuxuda kartof görən insan üçün rahat və firavan günlərin yaxınlaşdığına, bu insanın özünü üzməməli olduğuna işarə edilir. Yuxu sahibi bərəkətli bir ömür yaşayacaq, istəklərinə qovuşacaqdır. Bu yuxu həmçinin insanın xeyirli işlərə addım atacağına da işarədir.
Yuxuda kartof dilimləmək nədir?
Yuxuda kartof dilimlədiyini görən insan bərəkətli və bolluq içində bir dövrə daxil olacaqdır. Həyatı boyu xeyirli işlərə girəcəyi və bu işlərdən halal qazanc əldə edəcəyi şəklində yozulur. Yuxuda kartof dilimləmək insan üçün olduqca xeyirli və gözəl yuxulardan biridir.
Yuxuda kartof yeməyi görmək nədir?
Yuxuda kartof yeməyi görmək, yuxu sahibinin əziyyət çəkmədən asanlıqla böyük miqdarda pul qazanacağına dəlalət edir. Qazandığı pulların bərəkət gətirəcəyi və uzun müddət firavanlıq içində olacağı şəklində də yozulur.
Yuxuda yaşıl kartof tarlası görmək nədir?
Kartof tarlada yetişən və böyümə mərhələsində yaşıl yarpaqları olan bir bitkidir. Yuxuda özünü kartof tarlasında görən insanın plansız şəkildə işlərə girişəcəyi və bu səbəbdən qarşısına çıxan fürsətləri dəyərləndirə bilməyəcəyi şəkildə yozulur. Fürsətləri qaçıran bu insan borca girə bilər. Buna görə də, yuxuda kartof tarlası görmək mənfi şəkildə yozulan yuxular sırasındadır.
Yuxuda bişmiş kartof görmək nədir?
Yuxu sahibinin yuxusunda bişmiş kartof görməsi uzun müddətli bir sevgi həyatından sonra insanın özünə vaxt ayırması lazım olduğuna işarə edilir. Yuxu sahibi keçmişdə birlikdə olduğu insanla yenidən bir araya gələ bilər, bu səbəbdən qapıları tam bağlamaması tövsiyə olunur. Bu yuxunun təhsil ilə əlaqəli yozumu isə yuxu sahibinin təhsil həyatında uğurlu bir dövrə girəcəyi şəklindədir.
Yuxuda kartof soymaq nədir?
Kartof, demək olar ki, hər kəsin sevdiyi tərəvəzlərdən biridir. Bu səbəbdən yuxuda kartof görmək insanların tez-tez yuxularında rast gəldikləri hallardan biridir. Yuxuda kartof soymaq xeyirli arzulara işarə edir, bəzi yuxu yozucuları isə bu yuxunu insanın istəklərini reallaşdırmaq üçün bir siqnal kimi qəbul edirlər. Yuxu sahibinin ətrafında sevilən bir insan olması da yuxuda kartof soymaqla əlaqələndirilir.
Yuxuda kartof yemək nədir?
Yuxuda kartof yediyini görən insan, xeyirli və halal mal-dövlətə sahib olacağına işarə edir. Bu insanın malı artacaq, böyüyəcək və bərəkətli olacaqdır.
Yuxuda kartof qızartmaq nədir?
Yuxuda kartof qızartmaq, yuxu sahibinin nüfuzlu və sözünün keçən biri olduğuna işarə edir. Bəzi yuxu yozucularına görə isə, bu yuxu xeyirli bir evliliyə işarə edir.
Yuxuda kartof satmaq nədir?
Yuxuda kartof satdığını görən insan üçün bu yuxu mənfi şəkildə yozulur. Yuxuda kartof satmaq, insanın yaşayacağı maddi çətinliklərə, sıxıntılara və yoxsulluğa işarə edir.
Yuxuda kartof yığmaq nədir?
Yuxuda kartof yığdığını görən insan iş həyatında böyük və qazanc gətirən layihələrə imza atacaqdır. Başlanğıcda bu işlər insanın narahatçılığına səbəb olsa da, daha sonra rahatlıq tapacaq və bolluq içində yaşayacaqdır. Yuxuda kartof görmək, mal-dövlətə, ruzi-bərəkətə, şöhrətə, sevinc və qəlb rahatlığına işarə edir. Kartof soymaq kismətə və arzu edilən bir murada çatmağa, kartof əkmək yeni və çox qazanc gətirən bir işə başlamağa, kartof almaq və ya tapmaq isə gözlənilməyən bir yerdən böyük miqdarda pul əldə etməyə işarədir.
Yuxuda çürümüş kartof görmək nədir?
Yuxuda çürük kartof haram mala sahib olmağa işarə edir. Yuxuda kartof görmək yeni dostluqlar qurmağa və pul qazanmağa işarə kimi də yozulur. Yuxusunda bazardan çoxlu kartof aldığını görən insan üçün bu yuxu qarşıdakı ilin məhsuldarlıq və bolluq içində keçəcəyinə işarədir.