Ordubadda ayı gənc oğlana hücum edib.
Lent.az xəbər verir ki, bu barədə görüntüləri hücuma məruz qalan şəxs özü sosial şəbəkədə yayıb.
Məlumata görə, gənc oğlan Ordubad dağlarında olarkən gözlənilməz sürprizlə qarşılaşıb. Sıx yaşıllığın arasında olan ayı qəfil dağda gəzən oğlana hücum edib. Həmin anları telefona çəkən şəxs qaçaraq xilas olmağı bacarıb.