Meymun bir kisə pul oğurlayıb camaata səpələdi - ŞOK GÖRÜNTÜLƏR
04 iyun 2026 20:40 (UTC +04:00)

Meymun bir kisə pul oğurlayıb camaata səpələdi - ŞOK GÖRÜNTÜLƏR

0

Hindistanın Bulandşahr şəhərində meymun içərisində külli miqdarda pul olan çantanı oğurlayaraq ağacın başından ətrafa pul səpib.

Lent.az xarici mediaya istinadla bildirir ki, pullar torpaq sənədlərinin qeydiyyatı ilə bağlı məhkəməyə gələn bir şəxsə məxsus olub. Onun yanında vəkil köməkçisi ilə birlikdə daşıdığı 200 min rupi (təxminən 3560 manat) olub.

Bir anda meymun qəfil çantanı götürərək yaxınlıqdakı ağaca dırmaşıb. Daha sonra çantanın içindəki əskinasları çıxarıb aşağıya atmağa başlayıb və ərazidə sözün əsl mənasında “pul yağışı” yaradıb.

Hadisə şahidləri baş verənləri videoya çəkiblər. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Əvvəlcə insanlar nə baş verdiyini anlamasalar da, ağacdan həqiqi pul əskinaslarının töküldüyünü görəndən sonra böyük qarışıqlıq yaranıb.

Sonradan məlum olub ki, pulların bir hissəsi itib və ya insanlar tərəfindən götürülüb. Nəticədə təxminən 40 min rupini (təxminən 712 manat) geri qaytarmaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar