Onlar dünyanın ən zəngin və sirli ailələrindən biridir. Yüz milyardlarla dəyərində sərvətləri və təntənəli yaşamları ilə hər zaman gündəmdədilər.
Lent.az Səudiyyə Ərəbistanın kral ailəsinin və ölkədəki qeyri-adi qanunları təqdim edir:
Səudiyyə Ərəbistanında 7 min şahzadə var və hər biri demək olar ki, dövlətdə önəmli vəzifələrdə yer alıbr. Şahzadələrin hər biri ayrı-ayrı saraylarda və ya lüks villalarda yaşayırlar. Hazırda ölkənin kralı Salman bin Əbdüləziz əl-Səudun 38 övladı var. Uşaqlarının demək olar ki, hamısı İngiltərə, Fransa, Amerika kimi ölkələrdə təhsil alırlar.
Səudiyyə Ərəbistanı dünyada “edam ölkəsi” kimi tanınır və ölkədə qəribə qanunlar mövcuddur.
Uzun illər öncə ölkədə kinoteatrlar insanları günaha səslədiyi üçün qadağan edildi. İndi isə kişilər və 9 yaşından balaca qız uşaqları daxil ola bilər.
Məkkə, Mədinə kimi turistlərin tez-tez gəldiyi şəhərlərdə sərt dini qanunlar az da olsa, yumşalıb.
Amma ölkənin bir çox şəhərlərində qadınların bazarda kök, xiyar kimi tərəvəzlərə toxunması qadağandır. Məhkəmədə iki qadın şahidlik edə bilər. Ötən illərdə 7 nəfərin təcavüzünə məruz qalan bir qadına qadın şahidi olmadığı üçün 200 şallaq cəzası verilmişdi.
Ölkədə kişilər 4 dəfə evlənə bilər.
Kral ailəsinin nümayəndələri isə demək olar ki, qanunlardan uzaq yaşayarlar. Şahzadələrin Avropa və Amerikada bir çox şirkətləri var. Amma burada öz ölkələrindəki kimi azad və sərbəst hərəkət etdikləri üçün bir çox cəzalara məhkum ediliblər.
Kral ailəsinin ən zəif yeri qızıl-zinət əşyalarıdır. Ailə üzvləri milyonlar dəyərində zinət əşyalarına sahibdirlər və çox vaxt hətta maşınları belə qızıl örtüklü olur. Dünyanın gərəksiz kimi qəbul etdiyi bu hal şahzadələr arasında üstünlük göstəricisidir. Bu cür zənginliklə Səudiyyə Ərəbistanı yoxsul ölkələrə yardım sırasında ən son yerdədir.
Səhrada lüks avtomobil və qum sörfü ancaq zəngin kişilərə məxsus əyləncə növüdür. Hətta burada uşaqların maşın sürdüyünü də görə bilərsiniz. Heç kim zəngin ailənin övladına cəza verə bilməz. Qadınlar seçmə və seçilmə haqqına sahib deyillər. Ölkədə qadınların yalnız 5 faizi işləyir. Ac qalma riski olmayan qadınların isə çalışması qadağandır. Ölkədə teatr, heykəltəraşlıq, rəsm və islam dininə uyğun olmayan musiqi alətlərinin ifa olunması qadağandır. Kimsə bunlardan birini edərsə, şallaq və hətta ölüm cəzasına layiq görülə bilər. Amma kral ailəsinin nümayəndələrinin əyləncə və sənət həyatlarını ölkədən kənarda rahat şəkildə davam etdirirlər.