Heç vaxt gedə bilməyəcəyiniz  MƏKANLAR   - VİDEO
24 avqust 2021 18:30 (UTC +04:00)

Heç vaxt gedə bilməyəcəyiniz MƏKANLAR - VİDEO

“Dünyada istədiyim hər yerə gedə bilərəm”, deyə düşünürsünüzsə, yanılırsınız. Hətta yetərincə zamanınız və pulunuz olsa belə, qadağan olunmuş məkanlara sadə vətəndaşların girişi mümkün deyil.

Lent.az heç vaxt gedə bilməyəcəyiniz məkanları təqdim edir:

Vatikan kitabxanası

35 mindən çox kitabın saxlanıldığı Vatikan kitabxanasına adi insanların, turistlərin daxil olması heç vaxt mümkün olmayıb. Burada tarixin ən qədim və qadağan olunmuş  kitabları, əlyazmalar saxlanılır. Əgər məşhur araşdırmaçı və elmi işçisinizsə, o zaman yalnız özəl icazə ilə kitabxanaya daxil olma ehtimalınız var. Hətta bununla belə, bəzi bölmələrə baxmağa icazə verilmir.

Fort Noks

Amerikada olan bu yeri ordu qoruyur. Ölkənin qızıl ehtiyatının çox hissəsi, dövlət və ordu üçün əhəmiyyətli olan hər şey burada saxlanılır. Hətta bəziləri saxlanılan yadplanetlilərin də burada gizlədildiyini qeyd edir. Binanın tikintisi zamanı hər cür təhlükəsizlik detalları nəzərə alınıb. Divarları 122 santimetr qalınlığında qranitdən tikilən binanın giriş qapısı isə 22 ton ağırlığındadır. Ətrafı tikanlı məftillərlə və minalanmış sahə ilə qorunur.

Şimal və Cənubi Koreya sərhədi

Şimal və Cənubi Koreyanın sərhədi dünyanın ən güclü qorunan yeridir. 250 kilometr uzunluğu olan ərazi 1953-cü ildə Koreya müharibəsindən sonra Çin və ABŞ-ın imzaladığı anlaşma nəticəsində yaradılıb. Ərazidə yalnız Şimali və Cənubi Koreya liderləri görüşmək üçün istifadə edirlər. Sadə vətəndaşların buranı ziyarət etməsi mümkün deyil.

Toxum deposu

Norveçə məxsus adaların birində dünyada olan bütün bitki və tərəvəz toxumları saxlanılır. Gələcəkdə qlobal istiləşmə və ya digər səbəbdən qida çatızmalığı problemi olarsa, burada saxlanılan toxumlardan istifadə edilə bilinəcək. İlin 153 günü günəş işığından məhrum olan ərazidə havanın temperatur - 46 dərəcə olur. Bura da ziyarət üçün qadağan olunan yerlərə sırasındadır.

Qızıl deposu

Dünyanın ən böyük ikinci qızıl deposu İngiltərə Mərkəzi Bankına aiddir. Londonda yerləşən depoda başqa ölkələrə aid olan toplam 5 min  tondan çox qızıl saxlanılır. Buradakı qızılların ümumi dəyəri 190 milyar sterlinqdir. Sadə vətəndaşlar üçün qadağan olunan məkana dünyada yalnız 3-4 nəfər daxil ola bilər. Bütün təhlükəsizlik tədbirləri düşünülən məkandan 1694-cü ildən bu günə qədər heç bir oğurluq hadisəsi qeydə alınmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7647
avatar

Nigar Adil

Oxşar yazılar