Dünyanın  NADİR   xəstəlikləri – Daş adam, qatil insan, sərxoş... - VİDEO
09 iyul 2021 18:37 (UTC +04:00)

Dünyanın NADİR xəstəlikləri – Daş adam, qatil insan, sərxoş... - VİDEO

Bu xəstəliklər dünyada çox nadir olduğu üçün əksər insanlar tərəfindən bilinmir. Bir çoxları davamlı olaraq bu sindromlardan əziyyət çəksələr də, haqqında kifayət qədər araşdırma olmadığı üçün məlumatsızdırlar. 

Lent.az nadir bilinən xəstəliklər haqqında məlumatları təqdim edir: 

Daş adam sindromu 

Daş sindromu genetik xəstəlikdi. Toxumaları sümüyə çevirən xəstəlik daha çox uşaqlarda müşahidə olunur. Dünyada iki milyon insandan yalnız birində rast gəlinib. 

Xarici dil xəstəliyi 

Əməliyyatlardan, komadan ayılandan sonra bir çoxları başqa dildə, fərqli danışıq tərzində danışırlar. Mütəxəssislərin izahını verə bilmədiyi bu xəstəliyin səbəbləri hələ də məlum deyil. 

Sadəcə, bilinən odur ki, sindroma ən çox baş-beyin travması, beyin şişi, MS xəstəliyi və insult kimi nevroloji şərtlər səbəb olur.

Xarici əl sindromu 

Beynin iki hissəsini birləşdirən korpus kallosumunun zədələnməsi zamanı meydana gələn yad əl sindromunda əzələlər əlləri idarə edə bilmir.  

Gəzən cəsəd sindromu

Bu sindroma yoluxan insanlar öldüklərini düşünürlər. Bu düşüncə olmayanda isə orqan və bədən hissələrini itirməkdən qorxurlar. 

Qurd adam sindromu 

Genetik bir mutasiyanın yaratdığı sindromdur. Bədənin demək olar ki, hər yerində anormal saç uzanmasına səbəb olur və lazer epilyasiyasının köməyi ilə tüklərdən azad olmaq mümkün deyil.

İçki sindromu 

Bu sindrom bədənin karbohidratlarının fermentləşdirməsinə və mədədə alkoqol halına gəlməsinə səbəb olur. Xəstələr ağzına bir damla içki qoymadan sərxoş olurlar.

Boantropiya sindromu

Boantropiya sindromu çox nadir görülən xəstəlikdir. Bu sindroma yoluxan insanlar iribuynuzlu heyvan olduğuna inanırlar və o şəkildə də davranırlar. Xəstələr ümumiyyətlə bu heyvanlarla tarlalara gedir, sürüyə qarışır, dörd ayaq üstə durur, səs-küy salır və ot yeyirlər.

Ağac adam sindromu

Dünyanın ən nadir xəstəliklərindən biri olan Ağac adam sindromu dəri xəstəliyinin bir növüdür. Əllərdəki və ayaqlardakı bu ziyillər zamanla böyüyür və nəticədə insanın hərəkət etməsinə mane olur. 

Hanibalizim sindromu 

Hanibalizim sindromuna yoluxan şəxs insan ətinə meyilli olur və onu əldə etmək üçün əlindən gələni edir. Bu sindroma yoluxan insanlar adətən qatil olurlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36621
avatar

Nigar Adil

Oxşar yazılar