Ayı maşın oğurlamaq istədi -  VİDEO
27 mart 2024 14:21 (UTC +04:00)

Ayı maşın oğurlamaq istədi - VİDEO

Meşə yolunda park edilmiş “Mercedes-Benz” markalı avtomobilin qapılarını açmağa çalışan ayının videosu internetdə yayılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu məzəli tamaşaya uzaqdan baxan ev sahibi və dostları ayının maşına bu qədər maraq göstərməsinə gülüblər. Lakin heyvan qapını məharətlə açanda ayını qorxutmaq və təhlükəli vəziyyətdən xəbərdar etmək üçün qışqırmağa başlayan insanların reaksiyası qarışıq olub.

Daha sonra siqnalın səsindən təəccüblənən ayı maşının qapılarını açıq qoyaraq yoxa çıxır.

Video ilk olaraq Ceykob Binin hesabında TikTok-da görünüb. O, demək olar ki, 6,4 milyon baxış və 1,7 milyon bəyənmə toplayıb. Yeri gəlmişkən, ayılar avtomobillərə böyük maraq göstərirlər. YouTube-da heyvanların maşına mindiyi və hətta balalarını ora dəvət etdiyi onlarla video var.

# 2223
avatar

Oxşar yazılar