Aeroport yolunda kobud səhv zəncirvari qəzaya  səbəb oldu - HADİSƏ ANI
02 iyun 2026 09:46 (UTC +04:00)

Aeroport yolunda kobud səhv zəncirvari qəzaya səbəb oldu - HADİSƏ ANI

0

Hərəkətin intensiv olduğu yolda sürəti azaldıb təhlükəli manevr edən və düzgün ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə Sabunçu rayonu, aeroport şosesində qeydə alınıb.

NİİM həmin qəza ilə bağlı sürücülərə müraciət edib:

"Bu yol-nəqliyyat hadisəsinə baxan hər bir sürücü bilməlidir ki, dönmə işığının yandırılması xəbərdarlıq üçündür, yollarda üstünlük qazandırmır. Təəssüflər olsun ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Bu cür düşüncə ilə hərəkəti davam etdirmək isə yollarda təhlükəli vəziyyətin, qəza şəraitinin yaranmasına səbəb olur.

Sürücülərə tövsiyə olunur ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salsınlar. Qanun tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar