Yeni doğulan uşağın  ana südündən   doyduğunu belə öyrənin
25 noyabr 2021 08:10 (UTC +04:00)

Yeni doğulan uşağın ana südündən doyduğunu belə öyrənin

Yeni ana olan qadınların ən çox çətinlik çəkdiyi məqam körpəsinin ac olub-olmadığını bilməkdir. Təcrübəsiz analar bəzən uşağına çox yemək verir və nəticədə körpə qusur, ya da az yemək verdiyinizə görə ağlayır. Xüsusilə, ana südü ilə qidalanan körpələrdə buna daha çox rast gəlinir. Çünki uşağın qəbul etdiyi südün miqdarına nəzarət etmək daha çətindir.

Lent.az Türkiyə mətbuatına istinadən uşaqların ana südündən doyub-doymadığını bilməyin yollarını təqdim edir. 

1. Uşağı yedizdirəndə udqunma və çənəsinin hərəkətli olmasına fikir verin. 

2. Südün yetərli olub-olmadığını uşağın günlük, həftəlik, aylıq çəkisinin artması ilə yoxlaya bilərsiniz. 

3. Körpəni yedizdirərkən süddən bir neçə dəfə imtina edirsə, bu onun doyma ehtimalının yüksək olduğu mənasına gəlir. 

4. Əgər yeməkdən sonra körpənin qarnından səs gəlirsə, bu uşağın ana südünü artıqlaması ilə içdiyini göstərir. Bu zaman narahat olmayın. 

Qeyd edək ki, ana südü ilə qidalanan uşaq 2 həftə ərzində doğulduğu çəkisinə qayıdır. Yeni doğulan körpələr ilk aylarda gündə 25-30 qrama qədər kökəlir. Əgər uşağınız qeyd etdiyimiz göstəricidən aşağıdırsa, deməli, südünüz keyfiyyətli deyil. Bu zaman həkim məsləhəti ilə hazır qidalardan istifadə edə bilərsiniz. 

# 2475
avatar

Sevinc Fərid

Oxşar yazılar