Valideynlərin uşaqları daha çox incidən  hansı ifadələrdən istifadə etdiyi AÇIQLANDI
28 aprel 2025 15:36 (UTC +04:00)

Valideynlərin uşaqları daha çox incidən hansı ifadələrdən istifadə etdiyi AÇIQLANDI

Uşaqlara hansı sözləri əsla demək olmaz ki, sonradan peşman olmayasınız?

Uşaq tərbiyəsi təkcə xoşbəxt anlardan ibarət deyil, həm də valideynlərin qarşılaşdığı bir çox çətinlikləri əhatə edir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, stress, yorğunluq və ya qəzəb anlarında valideynlər elə sözlər deyə bilirlər ki, sonradan buna görə peşman olurlar. İlk baxışda zərərsiz görünə bilən bu ifadələrin nəticələri olduqca ağrılı ola bilər.

Psixoloqlar uşağın psixikasına dağıdıcı təsir göstərən və onun gələcəkdə özünə inamı və emosional sağlamlığına zərər verə bilən bir neçə ifadəni vurğulayırlar. Valideynlər tərbiyə zamanı bu cür sözlərdən çəkinməlidirlər.

Uşaqlara hansı ifadələri demək olmaz

"Niyə qardaşın/bacın kimi ola bilmirsən?"

Əsəb və ya qıcıqlanma anlarında valideynlər uşaqları bir-biri ilə müqayisə edə bilərlər. Lakin belə müqayisələr uşaqlarda natamamlıq hissinin inkişafına səbəb olur və uşaqlar arasında münasibətləri korlayaraq gələcəkdə onların özünüdərkini zədələyə bilər.

"Əgər dayandırmasan, polis səni aparacaq"

Kiçik uşaqlar hələ tam formalaşmış analitik düşüncəyə sahib deyillər, buna görə də belə təhdidləri ciddi qəbul edə bilərlər. Bu, onlarda real qorxu hissi yaradaraq, zamanla ətrafdakı insanlarla münasibətlərdə daim narahatlıq hiss etmələrinə səbəb ola bilər.

"Sən heç nəyi düz-əməlli edə bilmirsən, sanki əllərin başqa yerdən çıxıb"

Balaca uşaqlar üçün valideynlər təhlükəsizlik və dəstək mənbəyidir. Əgər valideynlər bu cür sözlər deyirlərsə, uşaq özünü valideynlərinin prizmasından dəyərləndirir və özündə natamamlıq kompleksi formalaşdırır. Bu təcrübə uşağın böyüyəndən sonra da yeni şeylərə cəsarətlə başlamaq və inkişaf etmək qabiliyyətinə mane ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar