“Azərbaycanda 20 minə yaxın uşaq arasında boy-çəki normaları ilə bağlı tədqiqat aparılıb”.
Lent.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov bildirib.
O qeyd edib ki, artıq hər kəs öz uşağının boy və çəkisinin normaya uyğun olub-olmadığını müəyyənləşdirə biləcək:
“Tədqiqat nəticəsində yeni normalar qəbul olunub. Sözügedən normalar Səhiyyə Nazirliyinin saytında yerləşdiriləndən sonra hər kəs bununla tanış ola biləcək”.