Valideynlər uşaqları buna görə döyürmüş - Psixoloq məsləhəti
19 iyun 2022 19:47 (UTC +04:00)

Valideynlər uşaqları buna görə döyürmüş - Psixoloq məsləhəti

Psixoloq Yuliya Xadartseva ailə daxilində zorakılığın əsas səbəbini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, psixoloq valideynlərin uşaqlıqda üzləşdiyi davranış modelini mənimsədiyini bildirib.

Məsələ ondadır ki, əgər insan uşaqlıqda tərbiyə prosesində valideynləri tərəfindən incidilibsə, öz övladlarına münasibətdə də anoloji davranış sərgiləyəcək: “Biz hadisələrə baxsaq, 99 faiz eyni ssenarilərlə üzləşirik. Ana uşağını ona görə döyür ki, onun neyronlarında zorakılıq “yazılıb”. Əgər valideyn özündə uşağa zərbə endirmək və təhqir etmək istəyi, meyli hiss edirsə, mütəxəssisə müraciət etməlidir. Sağlam psixologiyaya malik ana uşağını döyə bilməz. Əgər bu baş verirsə, deməli, insan artıq özünə nəzarət edə bilmir və ona psixoloji dəstək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5007
avatar

Oxşar yazılar