Uşaqlarınızın qulağını deşdirməyin -  SƏBƏBLƏR
19 aprel 2021 21:25 (UTC +04:00)

Uşaqlarınızın qulağını deşdirməyin - SƏBƏBLƏR

Bəzən analar qızları körpə ikən qulaqlarını deşib, sırğa taxırlar. Bunun zərərli tərəflərini bilməyən xanımlar davamlı olaraq bu səhvi təkrarlayırlar. Amerika Pediatr Akademiyasının araşdırmasına görə, qız övladınız ən azı 6 aylıq olduqdan sonra qulaqlarını deşdirə bilərsiniz.

Lent.az xarici KİV-ə istinadən qulaq deşdirmənin uşaqlar üçün zərərli olan tərəflərini təqdim edir:

Uşağınızı incidə bilərsiniz

Neçə yaşı olur olsun, qulaq deşdirmək çox çətin və ağrılı prossesdir. Bir də bu ağrını körpələrdə təsəvvür edin. Körpə uşaqların qulaqlarının deşilməsi zamanı infeksiyaya yaxalanma anı çox qısadı. Çünki uşağa nəzarət etmək, deşilmiş nahiyəyə əl vurmamalı olduğunu izah etmək çətin, bəzən isə mümkünsüzdür.        

Qərarı o versin

Uşaqlarınız gələcəkdə buna etiraz edə bilər. Psixoloqlar hər yaşda edilməsi mümkün olan bu prosedura uşaqların özlərinin qərar verməsini məsləhət görür. 

Bu qalıcıdır

Qulaq deşikləri zamanla qapana bilər. Amma bəzi qulaqlarda yara olarsa, o zaman bu qalıcı olacaq. Buna görə də övladınız gələcəkdə sizi günahlandıracaq. 

İnfeksiyaya səbəb ola bilər

Körpələrdə qulaq deşdirmək ciddi risk tələb edir. Qulaq deşildikdən sonra təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. Əgər övladınızın qulaq deşiyinə infeksiya düşməsini istəmirsinizsə, o zaman taxılan sırğanı 6 ay çıxarmamağınız məsləhətdir. Şişmə və qızarma olarsa, o zaman həkimə müraciət edilməlidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7710
avatar

Nigar Adil

Oxşar yazılar