Uşaqların xoşbəxtliyi  valideynlərin borcu deyil - Mütəxəssislər açıqladı
06 aprel 2023 12:49 (UTC +04:00)

Uşaqların xoşbəxtliyi valideynlərin borcu deyil - Mütəxəssislər açıqladı

Uşaqların ağlamaması, pis olmaması üçün əlimizdən gələni edirik. Əslində bu vərdiş düşündüyümüz qədər yaxşı olmaya bilər.

Belə ki, mütəxəssislər bildirir ki, uşaqlar əziyyət çəkməsin deyə onun yerinə ayaqqabılarını bağlamaq və ya marketdə ora-bura qaçmasın, yeməyini yesin deyə əlinə telefon vermək onlara xeyirdən çox zərər verir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, indiki valideynlərin davranışı əvvəlki nəsillərlə müqayisədə çox əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, indiki ailələr övladlarına öz valideynlərindən daha yaxın olmaq istəyirlər. 

Onlar uşaqlarının həyatına daha çox daxil olmaq və onlara bağlanmaq arzusundadırlar. Bu da sevgi, qayğı və şəfqət kimi hisslərdən irəli gəlir. 

Ancaq bəzən bu yaxınlıq anlaşılmazlığa səbəb ola bilər. Belə olan halda valideynlər övladlarının xoşbəxtliyini özlərinə borc bilir, özlərini bundan yüz faiz məsuliyyətli hiss edirlər. Həmçinin, uşağın xoşbəxtliyi valideynin uğuru kimi qəbul edilir. 

Mütəxəssislər bildirir ki, övladların xoşbəxtliyi üçün mübarizə aparmaq və onu mənfi emosiyalardan qorumaq valideynin hədəfi olmamalıdır. Təcrübə göstərir ki, uşağınızın emosional müxtəliflikdən məhrum edilməsi uşağınızda əks reaksiya yarada bilər. 

Uşaqlar və ailələr üzərində aparılan araşdırmaya görə, hisslərini rahat ifadə edə bilməyən uşaqlar bir müddət sonra davranış problemi olan yeniyetmələrə çevrilirlər. 

Guelph-Humber Universitetinin müəllimi, psixoterapevt Lindsay Barton insanların çox vaxt əsəblərini ifadə etməkdən qorxduğunu bildirir və əlavə edir:

“Əsəblə əlaqəli emosiyaları dərhal boğmaq istəyi var. Bu zaman uşaq əsəbiləşməyin nə demək olduğunu və bu prosesdən necə çıxacağını bilmir. Bu onu göstərir ki, bizdə pis hisslərə qarşı qətiyyən dözümlülük yoxdur. Misal olaraq ağlayan körpə görəndə mümkün qədər tez susmasını istəyirik”. 

Buna görə valideynlər bəzi şeyləri uşaqların əvəzinə etməməlidir. Məsələn, uşaq şalvarını geyinəndə çətinlik çəkirsə, tez kömək etməyə çalışmayın. Buraxın çətin olsa da, özü geyinsin. Buna icazə verin. Çünki bu gün öz şalvarını geyinə bilməyən uşaq sabah heç nə edə bilməz. 

Mübahisə edərkən övladınızı cəzalandırmağa çalışmayın. Ona nə və necə hiss etdiyinizi bildirin. Bunun sizi niyə incitdiyini başa salın. Uşağınıza bu mübahisəyə görə peşman olduğunuzu bildirin.

Bu gün valideynlərin “pis” yox, “yaxşı” valideyn olmaları üçün inanılmaz dərəcədə təzyiq var. Məsələn, çöldə olarkən uşağına qışqıran valideynlər tez-tez narahat olurlar. Əslində, belə hiss etməyə ehtiyac yoxdur. 

Psixoterapevt Borton buna belə aydınlıq gətirir: 

“Uşağınız özünü belə apardığına görə evə aparsanız da, aparmasanız da, bu vəziyyət dayanacaq. Bir şeylərin qarşısını almağa çalışmayın. Uşağınızın bütün duyğuları yaşamasına icazə verin və ona “Kədər olmadan xoşbəxtlik olmaz” fikrini mənimsəməsinə icazə verin”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2745
avatar

Sevinc Fərid

Oxşar yazılar