Uşaqların daha sürətli böyüməsi üçün BU QİDAYA DİQQƏT
26 yanvar 2024 18:52 (UTC +04:00)

Uşaqların daha sürətli böyüməsi üçün BU QİDAYA DİQQƏT

Uşağın böyümə sürəti 80 faiz onun genetikası ilə müəyyən edilir, lakin bu prosesi sürətləndirmək olar. Fiziki məşq və düzgün qidalanma uşağınızın böyüməsini sürətləndirəcək. Mütəxəssislər izah edirlər ki, böyümə sürəti çox vaxt müəyyən hormonların, xüsusən də "böyümə hormonu" adlanan somatotropinin konsentrasiyasından asılıdır. Bəzi qidalar hormona təsir edə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Sent-Luis Vaşinqton Universitetinin mütəxəssisləri uşağın tez böyüməsi üçün lazım olan qidaların siyahısını hazırlayıblar.

Onlar yumurtanı ən sağlamı hesab edirlər. Mütəxəssislər valideynləri həftədə ən azı 3-4 dəfə yumurtanı uşaqlarının qida rasionuna daxil etməyə çağırır. Bu məhsul mükəmməl məktəbəqədər səhər yeməyi ola bilər.

Eyni zamanda alimlər qeyd ediblər ki, əgər valideynlər onların keyfiyyətinə əmindirlərsə və körpənin heç bir əks göstərişi yoxdursa, hətta bir yaşa qədər uşaqlara da yumurta verilə bilər. Mütəxəssislər 9 aylıq körpələr üzərində də təcrübə aparıblar. Onlar iki eyni qrupa bölünüblər. Bir qrupa 6 ay ərzində hər gün bir yumurta verilib, digərinə qrupa isə yumurta verilməyib. Nəhayət, yumurta yeyən uşaqlarda böyümə geriliyi 47 faiz, digər 74 faiz isə daha az çəkiyə malik idi.

Alimlər bədənin mənfi reaksiyalarının olması üçün məhsulu əlavə olaraq yoxlayıblar. Xoşbəxtlikdən heç bir mənfi dəyişiklik tapılmayıb. Və bu sübut etdi ki, yumurta təkcə sağlam deyil, həm də uşaqlar üçün təhlükəsiz məhsuldur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29394
avatar

Fidan İlqar

Oxşar yazılar