Uşaqlarda periyodik qızdırma yoluxucudur?
21 yanvar 2023 19:55 (UTC +04:00)

Uşaqlarda periyodik qızdırma yoluxucudur?

Türkiyəli həkim Mustafa Çiftçi uşaqlarda tez-tez görülən periyodik qızdırma infeksiyasına aydınlıq gətirib.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, bu kimi periyodik qızdırma halı daha çox 2-5 yaşlı uşaqlarda özünü gösətirir:

“Aşağı yaşlı uşaqlarda 41 dərəcəyə qalxan qızdırmanın səbəbləri məlum deyil. Dəqiq diaqnoz qoyulmayıb. Ancaq yoluxucu olması da istisna deyil. Yəni, öz-özünə keçən bir xəstəlik növüdür. Xəstəlik daha çox badamcıqların şişməsi, qrip və soyuqdəymə ilə özünü büruzə verir. Belə halla rastlaşanda qızdırma salıcı dərmanlar və antibiotik istifadə etməmək tövsiyə olunur. Periyodik qızdırma qanla əlaqədar ola bilər. Bundan başqa, qızdırmanın müddəti 3-7 gündür. Əgər qızdırma davam edərsə, mütləq həkimə müraciət edin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Nigar Namiq

Oxşar yazılar