Uşaqlara rəngli çimərlik paltarları  SEÇİN
13 iyul 2023 15:07 (UTC +04:00)

Uşaqlara rəngli çimərlik paltarları SEÇİN

Uşaqların çimərlikdə, dənizdə və ya hovuzda təhlükəsizliyi valideynlər üçün əsas prioritetdir. Buna görə də həmişə belə bir tətilə hazırlaşarkən qoruyucu vasitələrə, şapkalara və ən əsası düzgün mayo seçin. Uşağınızın təhlükəsizliyi onun rəngindən asılı ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər çimərlik paltarı seçərkən onun rənginə fikir vermənin vacib olduğunu deyirlər.

Elə olmalıdır ki, fövqəladə vəziyyətdə suda asanlıqla görünsün. Üzgüçülük üzrə təlimatçı Nikki Skarnati valideynləri övladları üçün mavi çimərlik paltarı seçməməyə çağırır. Bu rəng suda demək olar ki, görünməzdir və fövqəladə vəziyyətdə, onun harada olduğunu izləmək və lazım olduqda dərhal ona kömək etmək üçün gözlərinizlə tapmaq çətin olacaq. 

Kadrlarda mavi çimərlik paltarında olan uşağın hovuzdakı su ilə necə birləşdiyi aydın görünür. Ekspert deyir ki, dənizdə isə bu təsir daha qabarıq şəkildə özünü göstərir.

Onu da əlavə etmək lazımdır ki, Almaniya Xilasetmə Cəmiyyətinin mütəxəssisləri əvvəllər müəyyən etmişdilər ki, on yaşınadək uşaqların 40 faizə qədəri düzgün üzə bilmir. Onların fikrincə, uşaqların təkbaşına üzməsinə icazə verilməməlidir, ekstremal hallarda valideyn onları daim göz önündə saxlamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Fidan İlqar

Oxşar yazılar