Uşaqlara  paltar seçəndə   nələrə diqqət edilməlidir? -  ARAŞDIRMA
29 mart 2022 17:38 (UTC +04:00)

Uşaqlara paltar seçəndə nələrə diqqət edilməlidir? - ARAŞDIRMA

Uşaqlar üçün geyim seçərkən bir çox şeyə diqqət etmək lazımdır. Bu geyimlər arasında doğru olanı seçib almaq valideynlər üçün bəzən çətin ola bilər. Uşaqlar üçün paltar seçərkən təkcə onun görünüşü və ya funksionallığı kifayət deyil. 

Lent.az kiçik bir araşdırma edərək uşaqlara paltar seçərkən daha çox nələrə diqqət etməli olduğunuzu təqdim edir:  

Uşaqlara paltar alarkən onların rahatlığını istəyirsinizsə, bir və ya iki ölçü böyük almağınız məsləhətdir. Yeni doğulmuş körpə üçün geyimlərin, sadəcə 1 ölçü böyük olması kifayətdir. Qış paltarları, məsələn, gödəkçələr və ya sviterlər daha böyük ola bilər. Bu həm balacaların rahatlığı, həm də tərzi üçün yaxşı seçimdir. Geyimlərin üzərində olan ölçü etiketlərinə çox da fikir verməmək lazımdır. Çünki bəzi körpələr digərlərindən daha böyük, yaxud kiçik bədənə sahib ola bilər. 

Uşaqlar çox aktiv hərəkətlidirlər. Bunu nəzərə aldıqda mütləq onlar özünü geyimdə rahat hiss etməlidirlər. Əsas diqqət hava keçirən geyimlər üzərində fokuslanmalıdır. Uşaqlar istənilən fəsildə üzərindəki paltarlardan sıxılmamalıdırlar və rahatlıqları pozulmamalıdır. 

Uşaqlarınıza aldığınız paltarların parçası asanlıqla və yüksək temperaturda yuyula bilən materialdan olmalıdır. Buna görə də pambıq parçalı geyimlərə üstünlük verməyə çalışın.

 

Balacalar üçün də aksessuardan istifadə edən valideynlər çoxdur. Əlbəttə, bu aksessuarlar uşağınızın geyimlərinə ayrı bir gözəllik qatır. Ancaq bacardığınız qədər bunlardan çox istifadə etməyin. Uşaqlara bilərzik və boyunbağ taxmaqdan xüsusilə çəkinin. Çünki balacalar həm onları itirə, həm də belə aksessuarlar onları narahat edə bilər. 

Bunlarla yanaşı, valideynlər uşaqlarına nə geyinəcəyini seçmək azadlığı verməlidir. Əgər kiçik yaşlardan bu şansı onlara versəniz, o zaman onlarda geyinmək sevgisini inkişaf etdirmiş olacaqsınız. Böyüdüklərində isə asanlıqla geyimlərini seçə biləcəklər və öz tərzləri olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4014
avatar

Sevinc Fərid

Oxşar yazılar