Uşaqlara necə telefonlar  alınmalıdır?
15 dekabr 2022 17:43 (UTC +04:00)

Uşaqlara necə telefonlar alınmalıdır?

Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq uşaqlarda, məktəblilərdə də bu cihazı görmək mümkündür. Uşaqların bəziləri əyləncə, bəziləri isə dərsləri və özünün inkişaf üçün smartfonlardan istifadə edirlər. Nə qədər məsləhət görülməsə də, azyaşlıların telefondan istifadəsi qaçınılmazdır.

Bəs, valideynlər uşaqlarına necə telefon almalıdırlar?

Lent.az xarici mətbuata istinadən bildirir ki, uşaqlara ilk növbədə hansı məqsədlə telefon alacağınıza qərar verməlisiniz.

Sonra həm büdcənizə uyğun, həm də funksional  özəllikləri baxımından keyfiyyətli seçim etməlisiniz.  

Uşağa ancaq ünsiyyət üçün telefon almağı planlaşdırırsınızsa, bunun üçün sadə bir cihaz seçin. Hətta düyməli olan smartfonlar daha məsləhətlidir. Yox, əgər oyunlar və proqramlar üçün istəyirsinizsə, bu zaman xüsusiyyətlərinə, əsasən də güclü batareyaya malik bir telefon almağınız vacibdir.

Seçim edərkən uşağın yaşına baxmaq lazımdır. Müasir cihazların diaqonalı 5 düymdən böyük olur. 10 yaşından kiçik uşaq belə bir smartfondan istifadə etməsi çətindir. Çünki bu cihazlar onların əl ölçüsünə uyğun gəlmir. Belə halda azyaşlılar tez-tez telefonu əlindən sala bilər.  

Buna görə bu  yaşdakı uşaqlara kiçik ölçülü telefonlar almağınız tövsiyə edilir. Böyük diaqonallı smartfonlar daha çox orta məktəb şagirdləri üçün əlverişli hesab olunur.

Onu da qeyd edək ki, uşaqlara bahalı telefonların alınması qətiyyən məsləhət görülmür. Buna səbəb onların telefondan düzgün istifadə etməməsi, çoxsaylı oyunların smartfona yüklənməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Sevinc Fərid

Oxşar yazılar