Uşaqlara bu oyuncağı almayın: Avropada  QADAĞAN OLUNDU
12 oktyabr 2022 09:12 (UTC +04:00)

Uşaqlara bu oyuncağı almayın: Avropada QADAĞAN OLUNDU

Uşaqların sevimlisi olan yumşaq “Huggy Wuggy” oyuncağının məktəbəqədər və ibtidai sinif uşaqlarının psixologiyasını pozduğu iddia olunub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar siniflərdə boğaz sıxma hallarının artması ilə bağlı valideynlər və müəllimlər tez-tez şikayət ediblər. Nəticədə mütəxəssislər buna səbəb “Huggy Wuggy” kimi oyunların olduğunu bildiriblər. Buna görə personajın bu oyuncağının məktəblərə gətirilməsinin qarşısını alınmasını tələb ediblər. 

Bir müddət əvvəl “Momo” və “Mavi balina” oyunlarının uşaqlarda yaratdığı psixoloji pozuntular və onların təhlükələri gündəm olmuşdu. İndi isə bu siyahıya daha biri əlavə olunub. 

“Huggy Wuggy” personajının oyuncağı uşaqlar arasında çox məşhurdur. Yalnız oyuncaqlar deyil, qələm qabı, bel çantası, həmçinin mahnı oxuyan və rəqs edən modeli ən çox satılan məhsullar arasındadır. Uşaqların asanlıqla daxil ola biləcəyi platformalarda bəzi fenomenlərin də oyunlarla bağlı videoları olması təhlükəni daha da artırır. 

Türkiyəli psixoloq Ramazan Sayqı Şimşəyin sözlərinə görə, uşaqlar qorxulu personajlara inanır və çox vaxt onlar kimi davranmağa başlayır: 

“Əsasən 12 yaşına qədər uşaqlar gördüyü ilə xəyal etdiyi arasındakı fərqi tuta bilmir. Uşaq qorxduğu zaman ya qaçır, ya da ona itaət edir. Bu da uşaqların itaətkar kimi davranmağa başlamasına gətirib çıxarır. Məktəblərdə uşaqlar arasında davaların baş verməsi və  boğaz sıxma hallarının artmasının əsas səbəbi budur”. 

Psixoloqlar bu barədə ailələri diqqətli olmağa çağırıb. Valideynlər uşaqların oynadıqları oyunlarla yanaşı, oyuncaqlara da ciddi nəzarət edilməlidir. 

Üç uşaq anası bir türkiyəli vətəndaş “Huggy Wuggy” oyuncağını ilk dəfə bu yaz trenddə gördüyünü deyib: 

“Mənim qızlarım da yəqin ki, internetdə görüblər. Soruşdum nədir bu? Cavabında canavar kimi bir şey dedilər. Çox güman bu oyuncağı alan valideyn də normal deyil. Nəticədə uşaqlara yaxşı təsir etmir. Avropada qadağan olunduğunu eşitdik, inşallah bizim ölkədə də satışı dayandırılar”. 
 

# 5304
avatar

Sevinc Fərid

Oxşar yazılar