Uşaqlar valideynlərini 3 səbəbə görə heç vaxt bağışlamır
08 yanvar 2024 17:05 (UTC +04:00)

Uşaqlar valideynlərini 3 səbəbə görə heç vaxt bağışlamır

Mütəxəssislərin apardıqları tədqiqatlara görə, uşaqlar valideynlərini 3 səbəbə görə heç vaxt bağışlamır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, birincisi, heç vaxt uşağınızın doğulduğuna görə peşman olduğunu dilə gətirməyin.

"Sən olmasaydın daha yaxşı olardı" kimi ifadələri uşaqlar ömrünün sonuna qədər xatırlayacaqlar.

İkincisi, heç vaxt uşağın fiziki qüsurları ilə hətta xoş bir şəkildə belə lağ etməyin. 

Üçüncüsü, övladınıza həyatda öz yolunu seçməyi qadağan etməyin.

Uşağınızın istəmədiyi halda sizin yolunuzla getməyə, sevmədiyi peşəni seçməyə məcbur etməməlisiniz.

# 6561
avatar

Arzu Qurbanlı

Oxşar yazılar