“Uşaq səhər yemək yemirsə..."- Pediatrdan TÖVSİYƏ -VİDEO
24 fevral 2021 11:17 (UTC +04:00)

“Uşaq səhər yemək yemirsə..."- Pediatrdan TÖVSİYƏ-VİDEO

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olub.

Lent.az xəbər verir ki, professor uşaqların səhər yeməyi yeməsi ilə bağlı danışıb. O bildirib ki, uşaqların sağlamlığının qorunması həm həkimlərdən, həm də valideynlərdən asılıdır.

“Orqanizmin tələb etdiyi enerjini yaradan qidanı qəbul etmədikdən sonra uşaqlar nə qədər vitamin qəbul etsə də, eyni effekt görünməyəcək. Valideynlərə demək istəyirəm ki, səhər işə geciksəniz belə öncə uşağınızın səhər yeməyini yedizdirin. Yemək yemədən onları məktəbə, yaxud bağçaya yola salmayın”.

Mövzu ilə bağlı daha ətraflı məlumatı təqdim etdiyimiz videodan izləyərək ala bilərsiniz.

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev APA TV-nin “Öncə sağlıq” proqramında uşaqların səhər yeməyi ilə bağlı danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar