Uşağınız rotavirusa yoluxub? - Bunları edin - HƏKİM AÇIQLADI
14 mart 2023 10:57 (UTC +04:00)

Uşağınız rotavirusa yoluxub? - Bunları edin - HƏKİM AÇIQLADI

Rusiya Federasiyası Pediatrlar İttifaqının rəhbəri sinkin rotavirusun müalicəsində necə kömək etdiyini izah edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə akademiki Leyla Namazova-Baranova məlumat verib.

Onun sözlərinə görə, rotavirus infeksiyası üçün xüsusi antiviral terapiya yoxdur. Ancaq xəstənin vəziyyətini yüngülləşdirməyə kömək edən üsullar var. 

Mütəxəssis bildirib ki, rotavirusun müalicəsində orqanizmin daha da susuzlaşmasının qarşısını almaq, bundan əlavə, xəstəlik zamanı diareyanın (boş, sulu və tez-tez baş verən nəcis ifrazı) təzahürlərini azaltmaq vacibdir.

"Sinkin müalicəsi ishalın müddətini və şiddətini azaldır", - Namazova-Baranova qeyd edib.

Pediatrın fikrincə, peyvənd hazırda xəstələnmə nisbətinə nəzarətin yeganə ən təsirli üsulu kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Fidan İlqar

Oxşar yazılar