Uşağı olan anaların DİQQƏTİNƏ  - Birlikdə yatmaq olarmı?
15 sentyabr 2024 10:25 (UTC +04:00)

Uşağı olan anaların DİQQƏTİNƏ - Birlikdə yatmaq olarmı?

Körpənin ana ilə yatmasının zərərli ola biləcəyi artıq çoxlarını düşündürür.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, körpə ilə ananın bağlanmadan ayrılması prinsipinə əsaslanırdı. Ona görə də körpənin ana ilə dəri təması, yaxın ünsiyyət və altı aydan çox ana südü ilə qidalanması körpənin ana-körpə əlaqəsini artıracağı üçün zərərli hesab edilirdi.

Fərdi uşaq böyütməyin tərəfdarı olan valideynlər tərəfindən geniş şəkildə qəbul edilən bu fikir, ana yatağında ölən körpələrlə bağlı deyilənlərə və ananın körpəsi ilə yatmasının uşağın cinsi inkişafına zərər verəcəyini iddia edən Freyd məktəbinin dəyərləndirmələri də əlavə edildikdə, körpələrin anaları ilə yatmasının qarşısı tamamilə kəsilmiş oldu.

Halbuki elmi araşdrmalar ananın körpəsi ilə yatmasını davranış pozuntusu deyil, fitri bir ehtiyac olduğunu ortaya çıxarıb.

Fransanın Notr Dam Universitetinin “Ana-körpə yuxu davranışları laboratoriyasında” aparılan araşdırmalar körpənin anası ilə yatmasının həm fizioloji, həm də psixoloji olaraq körpəyə fayda verdiyini, bu yaxınlığa ananın da ehtiyacı olduğu ortaya çıxıb. Laboratoriyada ana ilə yatan uşaqların daha hüzurlu və sakit olduğu müşahidə edilib.

İsveçrədə aparılan iki ayrı araşdırmada isə körpəsi ilə birlikdə yatan anaların “oksitosin” (əmizdirmə zamanı ifraz olunan hormon) səviyyələrində artım müşahidə olunub. Oksitosinin səviyyəsinin artması isə həm ana, həm də körpə üçün faydalı olacaq şəkildə urterusun (rahim) daralmasına və gələn südün miqdarının artmasına səbəb olurmuş. Eyni zamanda bu hormon doğumdan sonra ana bətninin əvvəlki vəziyyətinə qayıtmasında olduqca əhəmiyyətli rol oynamışdır. Aparılan bu araşdırmada körpəsi ilə ayrı yatan analarda süddən kəsilmələrə daha çox rast gəlindiyi halda, körpəsi ilə birlikdə yatan analarda isə ana südünün əhəmiyyətli dərəcədə artdığı diqqət çəkib.

Bundan başqa, anaları ilə yatan körpələrdə ana bədəninin doğal istiliyi ilə körpənin öz bədən temperaturunun tarazlıqda durması uşağın fiziki inkişafında əhəmiyyətli rol oynayır.

Aparılan araşdırmaların diqqət çəkən digər tərəfi anaların sinəsi üstündə yatan körpələrdir. Analarının ürək ritmlərindən aldıqları güvən hissi ilə daha nizamlı nəfəs aldıqları və oksigendən daha səmərəli istifadə etdikləri müşahidə edilib.

Anası ilə yatan körpələrin “narahatlıq” hissələrinin çox azaldığı, yuxu müddətinin artdığı, uşaqların ürək döyüntülərinin və nəfəs alma qabiliyyətinin daha sabit olduğu ortaya çıxıb.

Bu günün uşaqlarının ən təməl probleminin “ana ilə uşağın bağlanması” və bunun nəticəsində yaranan “güvən hissinin çatışmazlığı” sadalanan araşdırmaların böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.

Körpələrdə əmmə refleksinin davam etdiyi və təbii əmmə dövrünün baş verdiyi iki il ərzində anaları ilə yatmasıonlarda asılılıq deyil, güvən hissini yaradır.

Əmmə dövrü bitən uşaqlar ananın yanından tədricən ayrılmalıdırlar.

Qeyd edək ki, valideynləri narahat edən, qorxmaların səbəb olan ana yatağında baş verən körpə ölümlərinin əsl səbəbləri dərin yuxu, həddindən artıq çəki, spirtli içki, narkotik və siqaret çəkən valideynlər olduğu üzə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Oxşar yazılar