Televizora çox baxan uşaqları gözləyən TƏHLÜKƏ 
15 dekabr 2022 09:32 (UTC +04:00)

Televizora çox baxan uşaqları gözləyən TƏHLÜKƏ 

“Axşam saatlarında televizora baxan azyaşlılar böyüyəndə qumara, siqaretə, marixuanaya və spirtli içkiyə daha çox düşkün olurlar”.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunu epidemioloq Bob Hancox açıqlamasında deyib.

Onun sözlərinə görə, həftə içi 2 saatdan çox televizora baxmaq uşaqlar üçün zərərlidir.

Belə ki, Yeni Zelandiyada 45 yaşa qədər min insan arasında araşdırma aparılıb. Hər 2-6 ildən bir onların televizora baxmaları haqda və qumar oynayıb-oynamadıqları ilə bağlı sorğular aparılıb.

Nəticədə 5-15 yaş arası uşaqlar həftə içi hər gün orta hesabla 2 saat 20 dəqiqə televizora baxdıqları məlum olub. Ümumilikdə, uşaqların 62 faizinin gündə tövsiyə olunan iki saatdan artıq və oğlanların qızlara nisbətən daha çox baxdığı göstərilib.

Yetkinlik dövründə 1000 iştirakçıdan 372 nəfərə (37 faiz) alkoqol asılılığı diaqnozu qoyulub. Həmçinin, iştirakçıların 18 faizində (861 iştirakçıdan 150-si) qumar asılılığından əziyyət çəkdiyi müəyyən olunub.

Sorğuların nəticəsində Amerika Pediatriya Akademiyası uşaqlara həftə içi iki saatdan çox televizora baxmamağı tövsiyə edib.

# 2904
avatar

Sevinc Fərid

Oxşar yazılar