Ukraynada Lvov Arena stadionu müharibədən qaçan dinc sakinlərin sığındıqları yerə çevrilib.
Lent.az xəbər verir ki, stadionda məskunlaşan sakinlərdən biri də Anastasiya Yalovskidir.
O, Türkiyə mətbuatına danışaraq bu sözləri deyib:
“Uşaqlarım müharibəni bilməsin deyə çox çalışdım, amma alınmadı. Bu gün oğlum mənə “ana, müharibə nə vaxt bitəcək?”, deyə soruşdu. Mən buna cavab verə bilmədim”.