Soğan, yumurta, balqabaq... - Ana südünü artıran qidalar
03 avqust 2021 19:54 (UTC +04:00)

Soğan, yumurta, balqabaq... - Ana südünü artıran qidalar

Hamiləlik dövründə salam qidalanma körpənin düzgün inkişafı üçün önəmlidir. Bunun üçün ana südü  vacibdir. Südü artıran təbii qidaların sayəsində ana ideal kiloya və körpənin sağlam qidalanmasına nail olacaq. 
    
Qatıq

Qatıq kalsium və fosfor  baxımından əvəzolunmazdır. Körpənin sümük və diş sağlamlığı baxımından son dərəcə əhəmiyyətli rol oynayır. Süd verən ana gün ərzində 2-3 stəkan qatıq qəbul edərsə, enerji ehtiyacını ödəmiş olur. 

Yumurta

Yumurta A, C, E vitaminləri, yod, fosfor və sink kimi minerallarla zəngin və əhəmiyyətli  protein mənbəyidir. Körpənin beyin inkişafı  və ana südünün keyfiyyətili olması üçün gənc analara gündəlik qidalarında yumurta əlavə etmələriu məsləhət görülür.  

Yulaf

Kompleks karbohidrat tərkibə malik olan yulaf süd tədarükünü artırır. Bundan əlavə, bitki mənşəli zülal və liflə zəngin olan yulaf əzməsi həzm sistemini tənzimləyir. Körpənin sakit olmasını istəyən analar axşam yeməyindən sonra qatıqla birgə yulaf qəbul edə bilər. 

Soğan

Ana südünü artırmaq üçün ən yaxşı qida sarımsaq və soğandır. Yemək və salatlarda bol istifadə edilməsi məsləhət görülür. 

Balqabaq

Zəngin karoten tərkibə malik olan balqabağı desert kimi qəbul edildikdə ana südü artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7494
avatar

Nigar Adil

Oxşar yazılar