SKOLİOZ  uşaqların yetkinlik çağında bilinir – Həkim  AÇIQLADI 
31 may 2021 22:14 (UTC +04:00)

SKOLİOZ uşaqların yetkinlik çağında bilinir – Həkim AÇIQLADI 

Onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsi məktəblilər arasında geniş yayılıb. Skolioz adlanan bu xəstəlik adətən, erkən uşaq yaşlarından başlayaraq, yaş artdıqca irəliləyir. 

Lent.az-a açıqlama verən həkim-fizioterapevt Ramin Quliyev bildirir ki, skolioz uşaqların yetkinlik çağında bilinir:

Həkim-fizioterapevt Ramin Quliyev

“Bu qızlarda daha çox yayılıb. Ailələr uşaqların bədənində olan fərqləri nəzərə almalıdı. Skoliozun əlamətləri döş, bel, çanaq və çiyin əyriliyidir. Bu əyriliklər sağ, sol və öndən görünür. Eyni zamanda, çanaq və çiyin səviyyəsində bərabərsizlik göz önündə olur”.

Çox vaxt valideynlər skoliozun ilkin əlamətlərindən xəbərsizdilər. Həkim qeyd edir ki,  uşaqlarda bu cür dəyişikliyi hiss edən valideynlər diqqətli olsunlar: Kürək sümüyü və qabırğa qəfəsindəki asimmetriya, yorğunluq, döş və bel ağrısı, nəfəs darlığı, tənəffüs çətinliyi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Nigar Adil

Oxşar yazılar