Rekord aşağı çəkidə körpə doğuldu
30 mart 2024 15:18 (UTC +04:00)

Rekord aşağı çəkidə körpə doğuldu

Rusiyanın Volqoqrad şəhərindəki 2 saylı Perinatal Mərkəzində rekord dərəcədə aşağı çəki ilə körpə doğulub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Vera adlı qadın qanaxma ilə xəstəxanaya daxil olub və onun hamiləliyini saxlamaq mümkün olmayıb. Viktoriya adı verilən körpə 25 həftəlikdə 700 qram ağırlığında dünyaya gəlib.

Həkimlərin sözlərinə görə, onlar üç ay qızın həyatı üçün mübarizə aparıblar və qalib gəliblər. uşaq 2914 qram çəki ilə evə buraxılıb. Qız ailənin üçüncü övladıdır, onun bir qardaşı və bacısı var.

# 3441
avatar

Oxşar yazılar