Qripə yoluxan   4 yaşlı uşaq öldü
12 may 2023 19:07 (UTC +04:00)

Qripə yoluxan 4 yaşlı uşaq öldü

Rusiyada 4 yaşlı uşaq ölüb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Krasnoyarskda övladlığa götürülmüş dörd yaşlı uşaq anasının məsuliyyətsizliyi ucbatından üzündən qripə yoluxub və ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, dörd yaşlı uşaq anasına özünü pis hiss etməsindən, boğazında və baş ağrısından şikayət edib. Qadın isə onu evdə tək müalicə etmək qərarına gəlib. Nəticədə uşaq beş gün sonra ölüb. Məhkəmə-tibbi ekspertiza müəyyən edib ki, azyaşlının ölümünə qrip səbəb olub.

Hazırda faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

Arzu Qurbanlı

Oxşar yazılar