Qorxunc üzlü körpənin son halı görənləri heyrətləndirir
22 avqust 2022 19:24 (UTC +04:00)

Qorxunc üzlü körpənin son halı görənləri heyrətləndirir

Cozef və Viktoriya Silvestr cütlüyü qorxunc üzlü bir körpələrinin doğulacağını öncədən bilirdilər və buna hazırlıqlı idilər.

Lent.az xəbər verir ki, 2018-ci il fevralın 1-də onların üçüncü oğlu dünyaya göz açıb. Adını Gevin qoyduqları körpənin çəkisi normal  olsa da, üzü həddən artıq böyük idi. KİV-lər dərhal nəhəng üzlü körpə barədə yazmağa başlayıblar, Gevin məşhurlaşıb. Ailəyə çoxlu sayda kömək təklifləri gəlib və bu ailənin  dərdini xeyli yüngülləşdirib. 

Gevinin problemi limfa düyünləri ilə bağlıdır, həkimlərin sözülərinə görə, uzunmüddətli sağalma proseduru tələb olunur. İndi Gevinin 4 yaşı var. Əqli inkişafı düzgün gedir. Çətin də olsa, ayaq üstə tək dayanır. Bu il məktəbəqədər təhsilə başlayacaq.

Ana-atası onun tam sağalıb, populyarlığını itirəcəyi günü səbrsizliklə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5055
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar