
Qısqanclıq uşaqda güvənsizlik yarada bilər - Psixoloq danışır

“Uşaqların bir-birini qısqanması bir çox ailədə valideynləri narahat edir. Övladınızı qətiyyən bacı-qardaşı ilə müqayisə etməyin. “Sən böyüksən, o, kiçikdir”, – kimi sözlər işlətməyin.”
Bu fikirləri Lent.az –a açıqlamasında psixoloq Sona Davudova bildirib.
Sona Davudova
Psixoloq qeyd edir ki, bu tip qısqanclıq uşaqda ünsiyyət problemi, güvənsizlik yarada bilər:
“Müalicə edilməzsə, gələcəkdə insanlarla ünsiyyət qurmasında öz fəsadlarını göstərəcək. Dalaşırlarsa, ayırıb fasilə verin. Dərhal fiziki cəzalandırıb, haqlı-haqsız tənqid etməyin. Döymək yerinə parka getməmə, oyuncaqları ilə oynamama kimi cəzalar verə bilərsiniz.”
Sona Davudova valideynlərə uşaqlara paylaşa biləcəkləri oyuncaq almağı məsləhət görür:
“Tez-tez sevginizi dilə gətirin. Onların müsbət davranışlarını mükafatlandırın. Balaca bacı-qardaşının baxımında kömək istəyin. Böyük övlada da eyni cür davranıb, diqqət göstərib, birlikdə oynayın. Uşağa səbəbsiz yerə “bacı-qardaşını qısqanmamalısan”, kimi sözlər deməyin. Önəmli olduğunu və sevildiyini hiss etdirin.”
Sonda psixoloq göstərilən yanaşma və təkliflərin öhdəsindən gələ bilmədikdə və uşağın psixoloji problemlərinin getdikcə artdığını müşahidə etdikdə, valideynlərdən mütəxəssisdən dəstək almağı məsləhət görür.

Nigar Adil
Oxşar yazılar

Uşaqlarda süd dişləri nə üçün bir-birindən aralı olur?
12 yanvar 2021 , 12:54
"Koronavirus uşaqlara keçməyə başlayıb" - Pediatr ƏLAMƏTLƏRİ AÇIQLADI
8 yanvar 2021 , 15:25
Uşaqlar ən çox nəyi unutmur?
8 yanvar 2021 , 11:46
Məşhur fotoqraf dünyanın uşaqlarını belə görür - FOTOLENT
5 yanvar 2021 , 17:45
Uşaqlarda bacı və qardaşlarını qısqanmaq nəyin əlamətidir? - Psixoloq danışır
29 dekabr 2020 , 16:24
Övladlarınıza səhvlər etmək üçün şərait yaradın - Adele Hofmann
23 dekabr 2020 , 12:14
Uşaq gün ərzində nə qədər sual verir?
15 dekabr 2020 , 17:43