Mali Respublikasında qadın bir dəfəyə 9 uşaq dünyaya gətirib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, körpələrin 5-I qız, 4-ü oğlandır.
Uşaqların və ananın özlərini yaxşı hiss etdiyi bildirilir.
Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, 25 yaşlı Halima Sisse iki həftədə Malinin paytaxtı Bamakodakı xəstəxanada olub, sonra prezident Ba Ndaunun qərarı ilə Mərakeşdəki klinikaya köçürülüb.
Uşaqlar dünyaya gələndən sonra Malinin səhiyyə naziri Fanta Sibi hər iki ölkənin həkimlərini təbrik edib.