Pandemiya ölü doğulan uşaqların sayını artırıb -  ARAŞDIRMA
14 aprel 2021 14:21 (UTC +04:00)

Pandemiya ölü doğulan uşaqların sayını artırıb - ARAŞDIRMA

Bir sıra ölkələrdə pandemiya səbəbindən ölü doğulan uşaqların, eləcə də ana ölümlərinin  sayı artıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, ciddi təhlillər nəticəsində məlum olub.

Mütəxəssislərin sözlərinə görə, COVID-19 pandemiyasının hamilə qadınlara və yeni doğulmuş körpələrə mənfi təsiri, infeksiyanın özündən gələn xəstəlik və ölümlə məhdudlaşmır. Səhiyyə sistemlərinin lokdaunları (təcrid rejimi) və yüklənmələri də öz töhfəsini verir.

Alimlər yeni icmalda 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək 17 ölkədə 6 milyon hamiləliyi əhatə edən 40 tədqiqatın məlumatlarını təhlil ediblər. Yalnız SARS-CoV-2 infeksiyasının təsirlərinə yönəlmiş tədqiqatlar bu analizə daxil edilməyib. Bu, pandemiyanın hamiləlik nəticələrinə dolayı təsirinin ilk qlobal qiymətləndirməsidir.

12 araşdırmanın məlumatlarının təhlili pandemiyadan əvvəlki göstəricilərlə müqayisədə ölü doğum hallarının 28 faiz artdığını göstərir. Ana ölümü tədqiqatları iki orta gəlirli ölkədə, Meksika və Hindistanda aparılıb. Onlarda 2020-ci ildə ana ölümü əvvəlki ilə nisbətən təxminən üçdə bir artıb.
 
Üç tədqiqat pandemiya fonunda ektopik hamiləlik əməliyyatları sayının təxminən 6 dəfə artdığını göstərib. Erkən diaqnozla bu vəziyyət dərman vasitəsi ilə müalicə edilə bilər. Cərrahi müdaxilələrin sayındakı artım, qadınların sonradan pandemiya səbəbi ilə kömək istədiklərini göstərə bilər.

Pandemiya zamanı erkən doğuş və hamiləlik fəsadları (gestational diabet kimi) dəyişməyib. Bundan əlavə, bu dövrdə mama-həkimlər qeysəriyyə və doğuş induksiyasından daha tez-tez istifadə etməyiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886
avatar

Oxşar yazılar