Oğlunuz nə üçün sizin nəsilə gəlib? - SƏBƏB
30 may 2025 13:44 (UTC +04:00)

Oğlunuz nə üçün sizin nəsilə gəlib? - SƏBƏB

Siz uşağı seçmirsiniz – o sizi seçir

Uşaq ailəyə təsadüfən gəlmir. O, ruhunun açıla biləcəyi yeri özü seçir. Sadəcə doğum yeri deyil, öz missiyasını həyata keçirə biləcəyi məkan və enerji sahəsini tapır. Bu, ata və ananın nəslinə aid karmik tapşırıqlarla birbaşa əlaqəlidir. Uşaqlar nəsil proqramlarını davam etdirmək, travmaları sağaltmaq, əcdadların gücünü ötürmək üçün gəlirlər.

Lent.az bu səbəbi sizə təqdim edir: 

Və nəsilin ehtiyacından asılı olaraq ailəyə ya qız, ya da oğlan gəlir. Oğlan uşağı nəsildə strukturun, qorumanın, gücün bərpasına ehtiyac olduqda doğulur — xüsusilə də, əgər nəsildə kişi enerjisi dağılmış, unutulmuş və ya inkar edilmişsə. Keçmişdə yaddaşdan silinmiş, üz döndərilmiş kişilər varsa, oğlan doğulması ilə kişilərin güc xətti yenidən hərəkətə keçir. Oğlan uşağı həm də əcdadların itirilmiş gücünü qaytarmaq, nəsil travmasını sağaltmaq üçün göndərilə bilər. Çünki nəsil yalnız qadın enerjisi üzərində uzun müddət dayana bilməz — hətta bu enerji çox güclü olsa belə. Bu fikirlər astrologiyanın ruhani və karmik yanaşmasına əsaslanır və hər bir uşağın doğulmasının dərin mənəvi səbəbi olduğunu vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar