Hindistanda naməlum virus qızdırmasından ölənlərin sayı 40 -ı uşaq olmaqla 68 nəfərə çatıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, təkcə ötən sutkada 12 uşaq yazılıb.
Hindistanın şimalındakı Uttar-Pradeş ştatının səhiyyə orqanlarının məlumatına görə, ölənlərin sayı təxminidir və hakimiyyət hələ ki naməlum xəstəlikdən həyatını itirənlərin dəqiq sayını müəyyənləşdirə bilmir.