Məktəbə gedən uşaqları koronavirusdan qorumaq üçün valideynlər və müəllimlər üçün mühüm qaydalar tətbiq edilməlidir. Artıq sentyabr ayında bir çox ölkələr ənənəvi təhsilə keçid etmək istəyir. Bununla bağlı şagirdlərə və müəllimlərə öncədən məktəbdə müəyyən qaydalar öyrədilir.
Lent.az şagirdlər üçün koronavirusdan qorunmaq üçün müəyyən qaydaları təqdim edir:
İlk olaraq sosial məsəfəyə diqqət yetirmək.
Şagirdlərin sinif otağında havalandırma sisteminin mütəmadi çalışması.
Sinif, yemək otağı və şagirdlərin daha çox olduğu yerlər davamlı dezinfeksiya edilməlidir.
Qələm və kitab kimi məktəb ləvazimatları şəxsi olmalı və ümumi istifadə azaldılmalıdır.
Xəstəlik əlamətləri olan şagirdlər digər uşaqlarla əlaqəni təcili kəsməlidir.
Valideynlər zəruri hallar istisna olmaqla məktəbə gəlməməlidilər.