Körpəni  10 min dollara   satdılar
08 noyabr 2023 18:12 (UTC +04:00)

Körpəni 10 min dollara satdılar

Moskva hüquq-mühafizə orqanları yeni doğulmuş uşağın satışı ilə bağlı cinayət işi başlamaq üçün məlumat toplayır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə paytaxt prokurorluğu öz Telegram kanalında məlumat yayıb.

1992-ci il təvəllüdlü doğuş edən qadın polisə müraciət edib. O, internetdə tanış olduğu başqa qadın üçün uşaq dünyaya gətirməyə razılaşdığını deyib. Surroqat ana özəl klinikanın donor materialından istifadə edərək IVF əməliyyatı keçirib. Eyni zamanda, müştəri hər ay hamilə qadının kartına 25 min rubl (270 dollar) köçürüb.

Qadın bir oğlan uşağı dünyaya gətirib və doğuşdan sonra uşağı müştəriyə sataraq onun üçün ümumilikdə 1 milyon rubl (10 min dollar) alıb.

Müstəntiqlər faktla bağlı “İnsan alveri” maddəsi ilə cinayət işi başlamağa hazırlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23052
avatar

Oxşar yazılar