İki cinsiyyət orqanlı  uşaq doğulub
02 may 2023 09:42 (UTC +04:00)

İki cinsiyyət orqanlı uşaq doğulub

Pakistanda iki cinsiyyət orqanı olan oğlan uşağı doğulub.

Lent.az “Dailystar” istinadən xəbər verir ki, həkimlər bu nadir xəstəliyin 6 milyon körpədən birində görüldüyünü bildirib. 

Məlumata görə, oğlanın cinsiyyət orqanının biri digərindən uzundur. Amma hər ikisi normal formadadır və sidiyə çıxa bilir. Həkimlər uşağın hər iki üzvü istifadə edə biləcəyinə inanaraq bədənin bu hissəsini əməliyyat etməməyə qərar veriblər.

Sadəcə olaraq kolonoskopiya vasitəsilə onun defekasiya etməsi üçün dəlik yaradıblar. Əməliyyat uğurla keçib və uşaq iki gün kolostomadan sağaldıqdan sonra xəstəxanadan buraxılıb. 

Həkimlər qeyd ediblər ki, difaliya nadir və təhlükəli anomaliyadır. Bu xəstəlik sidik-cinsiyyət və mədə-bağırsaq sisteminin müşayiət olunan anomaliyaları nəticəsində ölümlə nəticələnə bilər. 

Bəşər tarixində bu xəstəliyə yoluxmuş 100 difaliya hadisəsi qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841
avatar

Oxşar yazılar