Hindistanda 5 yaşlı QIZ QURBAN KƏSİLDİ
12 avqust 2021 11:55 (UTC +04:00)

Hindistanda 5 yaşlı QIZ QURBAN KƏSİLDİ

Hindistanda batil inanclar nəticəsində insan qurbanetmə mərasimlərinə yenisi əlavə edilib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bir qrup şəxsin batil inanclara görə, 5 yaşlı qızı öldürməkdə şübhəli bilinir.

Polisin verdiyi açıqlamada, itkin düşən 5 yaşlı bir qızın cansız cəsədinin Assam əyalətinin Çaraideo bölgəsində tapıldığını bildirib. Hadisə ilə əlaqədar bir nəfərin tutulduğunu açıqlayan polis, kiçik qızın atası da daxil olmaqla 10 nəfərin sorğu-sual üçün saxlanıldığını bildirib.

Hindistan mediasında yayılan xəbərlərə görə, kiçik qızın bacısının polisə verdiyi məlumata deyilir ki, qız çərşənbə axşamı evdə yatarkən naməlum şəxslər tərəfindən qaçırılıb və cəsədi də  elə həmin gecə Singlu çayında tapılıb. Çay sahilində qırmızı parça, kül və qurban kəsmə alətləri də aşkar edilib.

Qeyd edək ki, Hindistanda batil inanclara görə qurban kəsmək adəti artıq adi hala çevrilib. Belə ki, keçən ilin yanvarında Andhra Pradeş əyalətinin Madanapalle qəsəbəsindən olan bir cütlük, bir gün yenidən doğulacaqlarını düşünərək iki azyaşlı qızlarını öldürmüşdülər.

Keçən may ayında isə bir din xadimi, koronavirus epidemiyasına son qoymaq üçün 52 yaşlı Saroj Kumar Pradhanın başını balta ilə kəsib. Polisə verdiyi ifadədə isə epidemiyanı bitirmək üçün bir adamın qurban verilməli olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4485
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar