Hamilə qadınlara  MƏSLƏHƏT:   bu qidalardan istifadə etməyin
30 mart 2021 15:41 (UTC +04:00)

Hamilə qadınlara MƏSLƏHƏT: bu qidalardan istifadə etməyin

Hamiləlikdə düzgün qidalanma vacibdir. Zərərli qidalar bəzən təkcə analar üçün yox, həm də doğulacaq körpə üçün təhlükəli ola bilər. 

Lent.az xarici KİV-ə istinadən hamilə qadınlar üçün zərərli olan qidaları təqdim edir:

Yaxşı bişməmiş yumurta 

Az bişmiş yumurtanın tərkibindəki salmonella adlı bakteriya bağırsaqda infeksiyaya və qida zəhərlənməsinə səbəb ola bilər. 

Pasterizə olunmamış süd və süd məhsulları

Bədəndə yetərli kalsiumun olması üçün süd və süd məhsullarının qəbulu hamiləlik dönəmində önəmlidir. Lakin pasterizə olunmamış süd, pendir kimi ağartı məhsulları hamilə qadın və uşaq üçün təhlükəlidir.

Az bişmiş ət məhsulları

Bu qidalar toksoplazma riskini artırır. Bunun qarşısını almaq üçün ətləri yaxşı bişirmək lazımdır. Həkimlər kolbasa, sosiska və basdırma kimi ət məhsullarının hamiləlik zamanı qəbulunu məsləhət görmür. 

Bitki çayı və qəhvə

Həddindən artıq kafein qəbulu və bitki çayları hamiləlikdə düşük yarada bilər. 

Dadlandırıcı

Tərkibində dadlandırıcı olan qidalar gələcəyin anaları üçün təhlükəlidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4782
avatar

Nigar Adil

Oxşar yazılar