Hamilə qadın oğlan doğmaq üçün  başına mismar vurdu
13 fevral 2022 16:04 (UTC +04:00)

Hamilə qadın oğlan doğmaq üçün başına mismar vurdu

Pakistanlı qadın oğlan uşağı dünyaya gətirmək üçün başına mismar vurub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Peşəvər vilayətinin sakininə bunu şəfaverci (dərmansız insanlara kömək edən) məsləhət görüb. İndi onu polis axtarır. Artıq əməliyyat olunan və evə göndərilən qadının özünü də axtarırlar.

“Hazırda müşahidə kameralarının kadrları, eləcə də kompüter qeydləri əsasında zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi prosesi davam etdirilir”, - yerli polisdən bildirilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, başından xəsarət alan pakistanlı qadın xəstəxanaya çatdırılıb.O, üç aylıq hamilə olub. Əməliyyatdan əvvəl qadın həkimlərə 3 qızı olduğunu və ərinin oğul dünyaya gətirməyəcəyi təqdirdə onu tərk edəcəyi ilə hədələdiyini deyib. Buna görə də pakistanlı qadın ona dualar, sehrli mətnlər və başına vurmaq üçün mismar verən bir şəfavericiyə müraciət edib. Qadın şəfa verənin istəklərini həyata keçirəndə yaxınları tərəfindən xilas edilib.

Məlumata görə, ultrasəs müayinəsi zamanı uşağın cinsiyyətinin qız olduğu bilinib.

Hamilə qadına yerli "şəfaverici” məsləhət görüb ki, başına mismar vursun, bundan sonra  ananın bətnindəki qız oğlana çevriləcək.

Xəstəxanadan bununla bağlı niyə polisə məlumat verilmədiyi araşdırılır. Polis baş verənləri mediadan xəbər tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4323
avatar

Oxşar yazılar