Ən ağıllı uşaqların  hansı ayda doğulduğu   AÇIQLANDI
01 mart 2024 00:08 (UTC +04:00)

Ən ağıllı uşaqların hansı ayda doğulduğu AÇIQLANDI

ABŞ Milli iqtisadi tədqiqatlar bürosunun tədqiqatçıları 6-15 yaş arası uşaqlar haqqında məlumatların geniş təhlilini apararaq, onların öyrənmə qabiliyyətinə və əzmkarlığına diqqət yetiriblər. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bir milyondan çox məktəblinin qiymətlərini və performansını öyrəndikdən sonra tədqiqatçılar bir sıra maraqlı nəticələrə gəliblər.

Məlum olub ki, müxtəlif aylarda doğulan uşaqların təhsil dinamikası müxtəlifdir. Xüsusilə avqust və sentyabr aylarında doğulan uşaqlarda fərqlər nəzərə çarpır.

Araşdırma nəticəsində məlum olub ki, avqust ayında doğulan uşaqlar akademik nailiyyətlərin ən aşağı səviyyəsini nümayiş etdirirlər və ən aşağı qiymətlərə malikdirlər. Sentyabr ayında doğulan uşaqlar məktəbdə ən yüksək qiymətləri və ən yaxşı performansı ilə fərqlənirlər.

Qeyd etmək lazımdır ki, ABŞ-da uşaqlar altı yaşından məktəbə getməyə başlayırlar. Beləliklə, sentyabr-dekabr aylarında doğulan uşaqlar ilin əvvəlində doğulan həmyaşıdları ilə müqayisədə müəyyən üstünlüklərə malikdirlər.

Mütəxəssislər qeyd edirlər ki, hətta bir neçə aylıq yaş fərqi təhsilin inkişaf səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edə bilər və şagird nailiyyətlərində ciddi uçurum yarada bilər. Bundan əlavə, statistika göstərir ki, sentyabr ayında doğulan uşaqlar daha çox nüfuzlu kollec və universitetlərə qəbul olurlar.

Digər maraqlı fakt ondan ibarətdir ki, Florida ştatında sentyabr ayında doğulan uşaqlar arasında yeniyetməlik dövründə törədilən cinayətlərə görə məhkum olunanların sayı nəzərəçarpacaq dərəcədə azdır. Bu məlumatlar sentyabr ayında doğulan uşaqların xüsusi uğurunu və fərqli xüsusiyyətlərini vurğulayır.

# 10794
avatar

Oxşar yazılar