Dünyada ilk ölkə:   uşaqlar COVID-19-a qarşı məcburi peyvənd ediləcək
06 noyabr 2021 16:21 (UTC +04:00)

Dünyada ilk ölkə: uşaqlar COVID-19-a qarşı məcburi peyvənd ediləcək

Kosta-Rika dünyada 5-11 yaş arası uşaqlar üçün məcburi COVID-19 peyvəndi tətbiq edən ilk ölkə oldu. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin saytında məlumat verilib.

Bu yaş qrupu üçün peyvəndləmə 2022-ci ilin martında başlayacaq. Müvafiq qərarı Peyvəndlər və Epidemiologiya üzrə Milli Komissiya “uşaq və yeniyetmələrin maraqlarının daha yaxşı təmin olunması prinsipinə uyğun olaraq” qəbul edib.

Oktyabr ayında hökumət “Pfizer”dən 3,5 milyon doza dərman aldığını elan edib. Onlardan təxminən 1,5 milyonu uşaqlar üçün peyvəndlərə gedəcək, qalan dozalar - böyüklər üçün peyvəndlərin üçüncü dozasına sərf olunacaq.

Ölkə rəsmiləri hələ mart ayında COVID-19 peyvəndini məcburi edib, lakin bu, 12 yaşdan kiçik uşaqlara şamil edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6570
avatar

Oxşar yazılar