Diş çıxardan körpələri nə rahatlaşdırır?
27 aprel 2023 17:25 (UTC +04:00)

Diş çıxardan körpələri nə rahatlaşdırır?

Körpələrin diş çıxarma dövrü olduqca çətindir. Əslində, bu, təkcə körpələr üçün deyil, həm də valideynlər üçün çətin bir prosesdir. 

Bəs diş çıxardan körpələri nə rahatlaşdırır?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, barmaq dəstəyiylə körpənizin diş ətlərinə masaj etmək, sellofana sarılmış buz parçası ilə dişlərə kompres tətbiq etmək körpənin dişlərinin daha rahat çıxmasına səbəb olar.

Körpənin diş ağrısı şiddətlidirsə, həkim məsləhəti ilə ağrıkəsici siroplar istifadə edilə bilər.

Diş çıxaran körpələrdə qulaqlarını çəkişdirmə və ya yanaqlarını qaşıma kimi hallar görülə bilər. Xüsusilə azı dişləri çıxarkən, diş ətlərindəki ağrı qulaq və yanağa təsir edə bilər. Bu səbəblə körpənizin qulaq və ya yanaqlarına barmaqlarınızla yüngül masaj edərək onu rahatlaşdıra bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

Arzu Qurbanlı

Oxşar yazılar