Çində yeni qərar:  Üç övladlığa icazə verildi
31 may 2021 15:37 (UTC +04:00)

Çində yeni qərar: Üç övladlığa icazə verildi

Çin hakimiyyəti bir ailənin 3 uşağa sahib olmasına icazə verən qərar qəbul edib.

Lent.az xəbər verir ki,  bu barədə ölkənin rəsmi “Sinxua” agentliyi məlumat yayıb.

Ölkədə doğum nisbətinin azalmasından sonra bu addım atılıb. Pekin hökuməti, yeni əhali siyasətinə uyğun olaraq cütlüklərin maksimum üç uşağının olmasına icazə verib.

Qərar Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclasının yekununa əsasən qəbul olunub. Qərarı Çin prezidenti Si Szinpin təsdiqləyib. Qərarın qüvvəyə minəcəyi tarix açıqlanmayıb.

Xatırladaq ki, Çində ailələri uzun illər yalnız bir uşaq sahibi olmaqla məhdudlaşdıran sərt doğum siyasəti var idi. 2016-cı ildən bəri ikinci uşağın dünyaya gətirilməsinə də icazə verilmişdi.

Bu qərardan sonra Siyasi Büro pensiya yaşının tədricən artırılacağını da açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3591
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar