Bu yaşdan kiçik uşaqlara canlı yayım  QADAĞASI
28 sentyabr 2021 19:08 (UTC +04:00)

Bu yaşdan kiçik uşaqlara canlı yayım QADAĞASI

Çində 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə canlı yayım açması qadağan edilib.  

Lent.az xarici KİV-ə istinadən bildirir ki, uşaqların qanuna tabe olub-olmamalarına ümumxalq kimlik tanıma sistemi ilə nəzarət olunacaq.

Çin Uşaqların İnkişafı təşkilatı 10 illik plana əsasən belə qərar qəbul etdiyini açıqlayıb. Qərarda uşaqların internetdə çox vaxt keçirməsinin və pul xərcləməsinin məhdudlaşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, 18 yaşından kiçik uşaqlara həftə sonları bir saatdan çox oyun oynamaq icazəsi verilib. 14 yaşlı uşaqlara isə  “Tik Tok” qadağan edilib.  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Nigar Adil

Oxşar yazılar